Texniki Universitetin müəllimi dövlətə xəyanətdə ittiham olundu

Bauman adına Moskva Dövlət Texniki Universitetinin müəllimi, Maşınqayırma İnstitutunun Elmi Tədqiqat Mərkəzinin əməkdaşı Vladimir Lapıgin 7 il azadlıqdan məhrum edilib.

Bauman adına Moskva Dövlət Texniki Universitetinin müəllimi, Maşınqayırma İnstitutunun Elmi Tədqiqat Mərkəzinin əməkdaşı Vladimir Lapıgin 7 il azadlıqdan məhrum edilib.

Report xəbər verir ki, 76 yaşlı universitet müəllimi dövlətə xəyanətdə ittiham olunub.

Məlumata görə, o, Moskva Şəhər Məhkəməsinin qərarı ilə cəzasını ciddi rejimli həbsxanada çəkəcək. 

Qeyd edək ki, V.Lapıgin 2015-ci ilin may ayından ev dustaqlığında olub. O, "Roskosmos"un (Rusiya Kosmik Tədqiqatlar Mərkəzi) şirkətlərindən birində işlədiyi dövrdə Asiya dövlətlərindən birinə gizli informasiyalar ötürüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31