Qazaxda məktəbli öldürülüb, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə tutulub

Qazaxda 16 yaşlı oğlan qətlə yetirilib.

Qazaxda 16 yaşlı oğlan qətlə yetirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Qazax şəhərində qeydə alınıb.

Rayonun Dəmirçilər kənd sakini, 2000-ci il təvəllüdlü Taleh Bayramoğlu müəllim yanına hazırlığa gedərkən öz yaşında olan yeniyetmə tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə, qətli törədən yeniyetmə artıq saxlanılıb.

Fakt üzrə Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31