Salyanda bankomatdan 155 min manat oğurlanıb

Salyan rayonunda bankomatdan oğurluq olub.

Salyan rayonunda bankomatdan oğurluq olub.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə ötən gecə rayonun  Sarvan kəndində baş verib.

Naməlum şəxslər banklardan birinin bankomatından 155 min manat oğurlayıblar. Bankomatın qaynaqla kəsildiyi bildirilir. 

Polis faktla bağlı araşdırmalara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31