Dənizdən 144 miqrantın cəsədi çıxarıldı
Aralıq dənizinin Misir sahillərində miqrantları daşıyan gəminin batdığı ərazidə axtarış işlərini davam etdirən xilasedicilər ümumilikdə sudan 144 nəfərin cəsədini çıxarıblar.
23 Sentyabr 2016 18:33 DünyaAralıq dənizinin Misir sahillərində miqrantları daşıyan gəminin batdığı ərazidə axtarış işlərini davam etdirən xilasedicilər ümumilikdə sudan 144 nəfərin cəsədini çıxarıblar.
Azvision.az bildirir ki, yüzdən çox insan hələ də itkin düşüb.
Qeyd olunub ki, axtarış-xilasetmə işləri bu gün axşamadək başa çatdırılacaq.
Göyərtəsində Afrikanın müxtəlif ölkələrindən 400-600 miqrantın olduğu gəmi sentyabrın 21-də Misir sahillərindən 12 kilometr aralıqda batıb. Sahil mühafizə xidməti yalnız 150 nəfəri xilas edə bilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31