Yarım ildə 4 min insan ÖLDÜRÜLDÜ

Yəməndə silahlı toqquşmalar nəticəsində yarım ildə təxminən 4 min dinc sakin öldürülüb.

Yəməndə silahlı toqquşmalar nəticəsində yarım ildə təxminən 4 min dinc sakin öldürülüb.

Qafqazinfo xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə ali komissarının mətbuat katibi Sesil Puyi bəyanat verib. Onun sözlərinə görə, 2015-ci ilin 26 martından 2016-cı ilin sentyabrın 22-ə kimi 3980 dinc sakin öldürülüb, 6909-u isə yaralanıb.

Sesil bildirib ki, Yəməndə sülh danışıqları ləğv edildikdən sonra zorakılıq halları artıb. Təkcə avqustda 180 insan öldürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31