Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib
Sentyabrın 23-də SOCAR-ın Bakının Qaradağ rayonu ərazisində tikilmiş Tullantıların İdarəedilməsi Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, eləcə də SOCAR rəhbərliyinin nümayəndələri iştirak ediblər.
23 Sentyabr 2016 17:52 SosialSentyabrın 23-də SOCAR-ın Bakının Qaradağ rayonu ərazisində tikilmiş Tullantıların İdarəedilməsi Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, eləcə də SOCAR rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Mərkəzə baxış keçirilmiş, burada yaradılmış iş şəraiti və quraşdırılmış yeni müasir avadanlıqlar haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, SOCAR-ın Tullantıların İdarəedilməsi Mərkəzi "BP"-nin Azərbaycan, Gürcüstan və Türkiyə regional şirkəti ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdir və bütünlüklə region üçün strateji əhəmiyyətə malikdir. Mərkəzin ümumi sahəsi 40 hektar ərazini əhatə edir və bu ərazinin 100 hektara qədər artırılması potensialı mövcuddur. Mərkəzdə qazma şlamını emal etmək məqsədi ilə Almaniyanın Ekon şirkətinin istehsalı olan 2 ədəd Vaku Dray qurğusu quraşdırılmışdır. Qeyd edilmişdir ki, unikallığı ilə seçilən qurğuda qazma zamanı istifadə olunan qazma məhlulu emal zamanı yenidən istifadəyə tam yararlı şəkildə bərpa olunur. Mərkəzin istehsalat gücü illik 100.000 tondur. Bundan başqa mərkəzdə 26 növ digər tullantının utilizasiyası da nəzərdə tutulub.