Aktyor vətənini lağa qoydu: "Heç bir azadlıq qalmayıb"
Aktyor Jerard Depardye italyan qəzeti "Corriere della Sera"ya verdiyi müsahibədə artıq özünü fransız kimi qəbul etmədiyini deyib.
23 Sentyabr 2016 17:32 DünyaAktyor Jerard Depardye italyan qəzeti "Corriere della Sera"ya verdiyi müsahibədə artıq özünü fransız kimi qəbul etmədiyini deyib.
Axşam.az bildirir ki, Rusiya vətəndaşlığını qəbul edən aktyor keçmiş ölkəsi Fransanı "xaricilər üçün şərab və iylənmiş pendir istehsal edən avaralarla dolu" sözləri ilə xarakterizə edib:
"Fransada insanlar manipulyasiya edilir və heç bir azadlıq qalmayıb. İtaliya Fransaya nisbətən daha yaxşıdır və mədəniyyətini qoruyub saxlayıb".
Aktyor film deyə bir sənətin də artıq məhv olduğunu bildirib:
"Amerikalıların terrorla idarə etdiyi bir dünyada geriyə sadə bir əyləncə qalıb. Kinoda isə ancaq 10 məşhur aktyorla filmlər çəkilir və xüsusi effektlərlə dolu oyunlar hazırlanır".