Almaniya hərbçiləri İraqdan çıxır
Yezidi kürdləri, ölkənin şimalındakı kürd muxtariyyətinin silahlılarını ("peşmərgələr") təlimatlandıran Almaniya hərbçiləri İraqdan çıxır.
23 Sentyabr 2016 17:57 DünyaYezidi kürdləri, ölkənin şimalındakı kürd muxtariyyətinin silahlılarını ("peşmərgələr") təlimatlandıran Almaniya hərbçiləri İraqdan çıxır.
Report xəbər verir ki, Almaniyanın müdafiə naziri Ursula von der Leyen hərbi təlimatçılarının xidməti müddətinin başa çatdığını bildirib.
Məlumata görə, almaniyalı 140 həbrçi 2015-ci ilin yanvarından Ərbildə kürd silahlılarının təlimatlandırılması ilə məşğul olub.
Xəbərdə bildirilib ki, onların təlimatlandırdığı silahlılar terrorçu İŞİD-ə qarşı döyüşəcək potensial qüvvə sayılır.
Məlumatda həmçinin almaniyalı hərbçilərlə yanaşı, Hollandiya, Belçika və Macarıstandan olan təlimatçıların da kürdlərə təlim keçdikləri vurğulanıb.