Yeni istehsalat bazası yaradılıb

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin yeni istehsalat bazası fəaliyyətə başlayıb. Baza Bakı 2 nömrəli Yol İstismarı MMC-nin tərkibində yaradılıb. Cəhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu münasibətlə istehsalat bazasına baxış keçirilib. Baxışda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin yeni istehsalat bazası fəaliyyətə başlayıb. Baza Bakı 2 nömrəli Yol İstismarı MMC-nin tərkibində yaradılıb. Cəhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bu münasibətlə istehsalat bazasına baxış keçirilib. Baxışda "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər. Cəmiyyətin sədri Saleh Məmmədov ilk öncə istehsalat bazasında çalışan insanların iş şəraiti ilə yaxından tanış olub. Məlumat verilib ki, burda işçilərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb, otaqlar lazımi avadanlıqlarla təchiz edilib. Daha sonra bazanın ərazisində qurulan asfalt-beton və emulsiya zavodlarına baxış keçirilib. Məlumat verilib ki, asfalt-beton qarışığı istehsal edən Lintec-3000 zavodu Almaniya istehsalıdır və saatda istehsal gücü 240 tona bərabərdir. Zavod həm mavi yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılıb, 4 km-ə yaxın yüksək təzyiqli qaz xətti çəkilib. Bundan başqa asfalt zavodunun ərazisində hər biri 100 ton olan 11 ədəd bitum çəni də qoyulub. Bitum çənlərindən 2-i xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt istehsalı üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31