Azerbaijan25.Az saytının təqdimatı keçirilib

Gəncədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan – 25 illik misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili” layihəsi çərçivəsində virtual təqdimatlar keçirib. Eyni zamanda, layihə çərçivəsində Azerbaijan25.Az saytının geniş təqdimatı keçirilib. Bu barədə məlumat “OLAYLAR”-a ASGA-dan daxil olub. Bildirilib ki, tədbiri giriş sözü ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov açaraq son 25 ildə ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən danışıb. 

Gəncədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan - 25 illik misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili" layihəsi çərçivəsində virtual təqdimatlar keçirib. Eyni zamanda, layihə çərçivəsində Azerbaijan25.Az saytının geniş təqdimatı keçirilib. Bu barədə məlumat "OLAYLAR"-a ASGA-dan daxil olub. Bildirilib ki, tədbiri giriş sözü ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov açaraq son 25 ildə ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən danışıb. 

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov isə çıxışında layihə barədə ətraflı məlumat verdi. Son 25 ildə ölkəmizin dünyada layiqli yer tutmasında Ulu Öndərin xidmətlərindən danışıb: "Bugün biz qazandığımız bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna borcluyuq. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla icrası isə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır. Biz layihə çərçivəsində son 25 ildə müxtəlif istiqamətlərdə qazanılan uğurlardan danışacağıq. Layihə həm paytaxtda, həm də müxtəlif regionlarımızda davam edəcək. Bir daha QHT-lərə dövlət dəstəyi şurasına verilən dəstəyə görə öz təşəkkürümü bildirirəm" ASGA Anlitik təhlil mərkəzinin rəhbəri Azər Verdiyev isə çıxışında Ulu Öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq" şüarının bugün reallığa çevrildiyini dedi. Prezident İlham Əliyev tərəfindən aparılan sistematik siyasətin nəticəsində ölkəmizin ilbəil daha da inkişaf etdiyi dedi. A.Verdiyev həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyətimizin qorunması, saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31