Baş Polis İdarəsinin rəisi tutduğu vəzifədən istefa verəcək

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin şəxsi polis heyətinə yaxın zamanda istefa verəcəyini bildirib.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin şəxsi polis heyətinə yaxın zamanda istefa verəcəyini bildirib.

Report xəbər verir ki, o, sentyabrın 23-də tabeliyində olanlarla sağollaşıb.

Məlumata görə, A.Yakunin Rusiya Daxili İşlər Nazirliyinin mərkəzi aparatında işləyəcək. Xəbərdə onun yeni vəzifəsinin adı açıqlanmasa da, polis rəisinin DİN-də idarələrdən birinə başçılıq edəcəyi ehtimal olunur.

Məlumatda bildirilib ki, A.Yakunini bu vəzifədə müavini, Moskva Şəhər Polis İdarəsinin rəisi Oleq Baranovun əvəzləyəcəyi ehtimal edilir.
Xəbərə görə, bu məlumat rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31