Salyanda yeni körpü

Salyan rayonunda “Babazanan” yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldan Kür çayı üzərində yeni 6 aşırımlı körpünün 200 metr,  eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir.

Salyan rayonunda "Babazanan" yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldan Kür çayı üzərində yeni 6 aşırımlı körpünün 200 metr,  eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir. Ən müasir tikinti materialları ilə inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib. Körpü elementləri A15 və NK100 hərəkətləri yüklərin təsirinə və 9 bal zəlzələyə hesablanaraq layihələndirilib.

Kür çayında su axının təmizlənməsi üçün uzunluqları sağ sahildə 108+108 =216 metr, sol sahildə isə 70+72=142 metr olan qazma-doldurma svay əsaslı monolit beton istinad divarları tikilib. Layihəyə uyğun olaraq Salyan rayonu tərəfdən 123.18 metr, Babazanan yaşayış sahəsi tərəfindən isə 221.213 metr olan yanaşma yolları tikilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31