Şəbnəm Tovuzlu: “Ərim birinci xanımından uşağı olmadığına görə boşanıb”

Bəzi saytlar müğənni Şəbnəm Əsədovanın Rafiq adlı şəxsdən hamilə olduğunu və onların vətəndaş nikahında yaşadığı haqda xəbərlər dərc edib. Məlumatda deyilir ki, iş adamı olan şəxs ətrafında Hacı Rafiq kimi tanınır. Onun metronun “Memar Əcəmi” stansiyası yaxınlığında obyektləri var. Hacı Rafiqin Bakının bir neçə yerində geyim mağazalarının olduğu da söylənilir. Deyilənə görə, o, Şəbnəmlə xeyli müddət öncə tanış olub. Hacı Rafiq müğənni sevgilisi üçün 3-cü mikrorayon dairəsinin yaxınlığında dəbdəbəli ev alıb. Hazırda Şəbnəmlə o evdə yaşayırlar.

Bəzi saytlar müğənni Şəbnəm Əsədovanın Rafiq adlı şəxsdən hamilə olduğunu və onların vətəndaş nikahında yaşadığı haqda xəbərlər dərc edib. Məlumatda deyilir ki, iş adamı olan şəxs ətrafında Hacı Rafiq kimi tanınır. Onun metronun "Memar Əcəmi" stansiyası yaxınlığında obyektləri var. Hacı Rafiqin Bakının bir neçə yerində geyim mağazalarının olduğu da söylənilir. Deyilənə görə, o, Şəbnəmlə xeyli müddət öncə tanış olub. Hacı Rafiq müğənni sevgilisi üçün 3-cü mikrorayon dairəsinin yaxınlığında dəbdəbəli ev alıb. Hazırda Şəbnəmlə o evdə yaşayırlar.

Mənbə bildirir ki, Hacı Rafiq ailəlidir, 3 övlad atasıdır. Onun təxminən 45 yaşının olduğu deyilir. Rafiq əslən Füzulidəndir. Füzuli rayonu işğal edildikdən sonra, ailəsi ilə birlikdə Beyləqan rayonunda məskunlaşıb. Özünün isə Xırdalan qəsəbəsində yaşadığı deyilir.

Məsələ ilə əlaqədar olaraq sənətçinin özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən ifaçı sözügedən şəxsi tanımadığını bildirdi: "İmkan vermirlər ki, oğlumu dünyaya gətirim. Hazırda 4 aylıq hamiləyəm. Haqqımda söz-söhbətlər səngimir. Hazırda da adımı Rafiq adlı şəxslə yanaşı çəkirlər. Amma deyim ki, yoldaşımın da adı Hacı Rafiqdir. Həyat yoldaşım atamın əmisi oğludur. Ərimin İçirişəhərdə, Tovuzda, Gəncədə obyektləri var. Qaldı ki,  uşaq atası olması xəbərinə, məlumat kökündən yanlışdır. Çünki həyat yoldaşım birinci xanımından uşağı olmadığına görə boşanıb. Həyat yoldaşımla vətəndaş nikahım var. Hətta gəlinlik belə geyinmişəm. Mart ayında övladım dünyaya gələndən sonra uşağımla birgə ərimin fotolarını üzə çıxaracam". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31