Gündəm
Uorlik danışıqlara mənfi təsir edə biləcək hərəkətlərdən qaçmağa çağırıb
ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəs rejimini təşviq etməklə, Dağlıq Qarabağ münaqişəsi tərəfləri ilə fəal işi davam etdirir. SİA-nın məlumatına görə, bunu aysor.am saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Prezident İlham Əliyev: "Heç vaxt tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmayıb"
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB – ŞOK FOTO
Monqolustanda tapılmış mumiyalanmış rahiblə bağlı bir sıra maraqlı faktlar ortaya çıxıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onunla bağlı tədqiqat aparan tibbi ekspertiza bu qənaətə gəlib.
Vergilər nazirliyi "dayanmaq bilmir": daha 74 nəfər...
Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
Prezident İlham Əliyev "ADEX 2016" Beynəlxalq Müdafiə sərgisini ziyarət edib
Trend xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "ADEX 2016" Beynəlxalq Müdafiə sərgisini ziyarət edib.
SAT imtahanlarının vaxtı AÇIQLANDI
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanları və qeydiyyat tarixlərini açıqlayıb.
Ermənilər yenidən fəallaşdı: ağır artilleriya işə düşdü
Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində yenidən hərbi təlimlərə başlayıb.
Çevrilişlər zənciri: uğursuzluqdan sonrakı ümidsizlik
Dünyanın bir çox ölkəsində hərbi çevrilişlərə cəhdin arxasında Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının dayandığı barədə KİV-də tez-tez məlumatlar yayılır. Gətirilən faktlara əsasən, demək mümkündür ki, bu işi indi daha sistemli və əhatəli formaya salmağa cəhd edilir. Lakin Türkiyə bu prosesi sanki sındırdı. Obrazlı desək, çevrilişlər zənciri qırıldı, indi də təşkilatçıların bədbinlik zamanı başlayıb. Milli.Az newtimes.az-a istinadən bildirir ki, buna baxmayaraq, MDB məkanındakı bir sıra ölkələr üçün təhlükə qalır. Faktlar göstərir ki, həmin dövlətlərdə xarici kəşfiyyat sabitliyi pozmaq istiqamətində addımlar atır. Bunu müxtəlif üsullarla etsələr də, məqsəd birdir - yerli hakimiyyətin legitimliyini şübhə altına almaq və öz maraqlarına uyğun yeni iqtidar formalaşdırmaq! Bu səbəbdən dövlətçilik üçün təhdidlərin davam etdiyi nəticəsini çıxarmaq olar.
Avtomobil vuran 2 piyada ölüb
Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyathadisəsi baş verib. DİN-dən verilən məlumata görə, sentyabrın 26-da saat 18 radələrində Binəqədi qəsəbəsində Abşeron rayon sakini Elmir Gülmalıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ağaşirin Məlikovu və Kəmalə Quliyevanı vurub. K.Quliyeva xəstəxanaya aparılarkən yolda ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır. Sentyabrın 26-da saat 16 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Mehman Musayev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən şəhər sakini 86 yaşlı Müseyib Vəliyevi vurub. Piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gənclərin regional forumu keçiriləcək
Sentyabrın 29-da Şəki şəhərində Gənclər və İdman Nazirliyi tərəfindən Şəki-Zaqatala iqtisadi rayonlarına daxil olan rayon və şəhərin fəal gənclərinin iştirakı ilə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional Forumun keçirilməsi planlaşdırılır. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, forumda gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliğ edilməsi, vətəndaş cəmiyyətinin inkişafında gənclərin iştirak mövzuları üzrə müzakirələrin keçirilməsi nəzərdə tutulur: Forumda əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakları planlaşdırılır.
810 nəfər “Məktəblinin dostu” olmaq istəyir
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların test mərhələsinə başlanılır.
Oqtay Əsədov Böyük Britaniya parlamentinin nümayəndə heyəti ilə görüşüb
Sentyabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədov ümumxalq səsverməsini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamenti üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Spiker Oqtay Əsədov ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan ümumxalq səsverməsini müşahidə etdiklərinə görə Britaniya parlamentinin nümayəndə heyətinə minnətdarlığını bildirib.
Toyda döyülən şəxs dünyasını dəyişdi
Sentyabrın 25-də Şəmkir rayonunun Keçili kəndindən kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya gətirilib. Q.Qarayev ehtiyatsızlığı nəticəsində yıxılmasını bildirib və ona tibbi yardım göstərildikdən sonra buraxılıb. O, sentyabrın 26-da evində ölüb. DİN-dən verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Q.Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda həmkəndlisi Seymur Əlövsətli tərəfindən döyülməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əlövsətli tutulub.
Şəki sakinindən 3 kq marixuana götürülüb
Şəki rayon sakinində narkotik vasitə aşkar edilib.DİN-dən verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayon sakini Sənan Səfərəliyevdən 2 kiloqram 975 qram marixuana götürülüb.
Gəncədə gənclər üçün treninq keçirilib
Sentyabrın 27-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 3 saylı peşə liseyində gənclər üçün treninq keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, "Biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında keçirilən treninqdə gənclərə biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib. Bununla yanaşı, treninq iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar.














