Oqtay Əsədov Böyük Britaniya parlamentinin nümayəndə heyəti ilə görüşüb

Sentyabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədov ümumxalq səsverməsini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamenti üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Spiker Oqtay Əsədov ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan ümumxalq səsverməsini müşahidə etdiklərinə görə Britaniya parlamentinin nümayəndə heyətinə minnətdarlığını bildirib.

Sentyabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədov ümumxalq səsverməsini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamenti üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Spiker Oqtay Əsədov ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan ümumxalq səsverməsini müşahidə etdiklərinə görə Britaniya parlamentinin nümayəndə heyətinə minnətdarlığını bildirib. O, referendumun beynəlxalq standartlara uyğun keçirildiyini deyib. Min məntəqədə veb-kameraların quraşdırıldığını söyləyən Milli Məclisin sədri bildirib ki, bu məntəqələrdə səsverməni onlayn izləmək mümkün idi. Oqtay Əsədov referendumun Azərbaycan və onun gələcəyi üçün əhəmiyyətini xüsusi qeyd edib. O vurğulayıb ki, dünyada və regionda baş verən təhlükəli proseslərə qarşı sığortalanmaq ölkəmizdə prezidentlik institutunun və idarəetmənin gücləndirilməsini tələb edirdi. Nümayəndə heyətinin üzvü Lord David Evans referendumla bağlı səsvermə prosesini izləyərkən müşahidə etdiklərinin onlarda xoş təəssüratlar yaratdığını deyib. O bildirib ki, Azərbaycanda bu referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir. Altı seçki məntəqəsində müşahidə apardıqlarını söyləyən Lord David Evans əhalinin referenduma marağını və səsvermədə fəal iştirakını xüsusi vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31