Avtomobil vuran 2 piyada ölüb

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyathadisəsi baş verib. DİN-dən verilən məlumata görə, sentyabrın 26-da saat 18 radələrində Binəqədi qəsəbəsində Abşeron rayon sakini Elmir Gülmalıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ağaşirin Məlikovu və Kəmalə Quliyevanı vurub. K.Quliyeva xəstəxanaya aparılarkən yolda ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır. Sentyabrın 26-da saat 16 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Mehman Musayev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən şəhər sakini 86 yaşlı Müseyib Vəliyevi vurub. Piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyathadisəsi baş verib. DİN-dən verilən məlumata görə, sentyabrın 26-da saat 18 radələrində Binəqədi qəsəbəsində Abşeron rayon sakini Elmir Gülmalıyev idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ağaşirin Məlikovu və Kəmalə Quliyevanı vurub. K.Quliyeva xəstəxanaya aparılarkən yolda ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Sentyabrın 26-da saat 16 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Mehman Musayev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən şəhər sakini 86 yaşlı Müseyib Vəliyevi vurub. Piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31