Toyda döyülən şəxs dünyasını dəyişdi
Sentyabrın 25-də Şəmkir rayonunun Keçili kəndindən kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya gətirilib. Q.Qarayev ehtiyatsızlığı nəticəsində yıxılmasını bildirib və ona tibbi yardım göstərildikdən sonra buraxılıb. O, sentyabrın 26-da evində ölüb. DİN-dən verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Q.Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda həmkəndlisi Seymur Əlövsətli tərəfindən döyülməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əlövsətli tutulub.
27 Sentyabr 2016 15:53 SosialSentyabrın 25-də Şəmkir rayonunun Keçili kəndindən kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya gətirilib. Q.Qarayev ehtiyatsızlığı nəticəsində yıxılmasını bildirib və ona tibbi yardım göstərildikdən sonra buraxılıb. O, sentyabrın 26-da evində ölüb. DİN-dən verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Q.Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda həmkəndlisi Seymur Əlövsətli tərəfindən döyülməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əlövsətli tutulub.