Gündəm

Azərbaycan üzrə həmməruzəçi: "Ümid edirəm ki, bu yanlışlıq AŞPA bürosuna təqdim ediləcək son hesabatdan silinəcək"

27 Sentyabr 2016 16:59

"Ümid edirəm ki, AŞPAqiymətləndirmə missiyasının referendumla bağlı bəyanatında gedən yanlışlıq oktyabrın 10-daAŞPA bürosuna təqdim ediləcək son hesabatdan silinəcək".

Yeni müsabiqə elan olundu

27 Sentyabr 2016 16:57

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin

“Multikultural cəmiyyət və turizm” mövzusunda dəyirmi masa keçirilib

27 Sentyabr 2016 16:55

Sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Multikultural cəmiyyət və turizm” mövzusunda dəyirmi masa təşkil olunub. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbir Dünya Turizm Gününə həsr olunub. Dəyirmi masadan öncə mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm işçilərinin peşə bayramı münasibəti ilə təbriklərini çatdırıb. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın həyata keçirilməsində görüləcək işlərdən danışdı. Nazir sonda jurnalistlərin suallarını cavablandırıb.

Böyük Britaniya parlamentinin üzvü SOCAR-ın vitse prezidenti ilə görüşüb

27 Sentyabr 2016 16:53

Azərbaycana səfəri çərçivəsində Böyük Britaniya parlamentinin üzvü lord David Evans SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ilə görüşüb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, görüş çərçivəsində Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı və bu sahədə gələcəkdə görülə biləcək birgə işlər müzakirə edilib. Lord David Evans Azərbaycanda keçirilən ümumxalq səsverməsini - referendumu izləmək məqsədi ilə müşahidəçi qismində Azərbaycana səfər etdiyini bildirmiş, qeyd etmişdir ki, referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir və səsvermə prosesini izləyərkən müşahidə etdikləri onda xoş təəssüratlar yaradıb.

Daha 4,5 km dəmir yolunun əsaslı təmirinə start verilib

27 Sentyabr 2016 16:52

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, sentyabrın 27-də Alabaşlı – Gəncə mənzilində 4,5 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Zakir Həsənov 3 ölkənin müdafiə naziri ilə görüşüb

27 Sentyabr 2016 16:51

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Serbiya, Belarus və Türkiyədən olan həmkarları Zoran Corceviç, Andrey Ravkov və Fikri İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub. Görüşlərdə ölkələr arasındakı hərbi təhsil, hərbi səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də hərbi-texniki istiqamətində birgə layihələrin potensialı, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Gənclər Gününə həsr olunan ictimai dinləmələr keçiriləcək

27 Sentyabr 2016 16:50

Sentyabrın 27-də Milli Məclisin gənclər və idman komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Fuad Muradov əvvəlcə 2016-cı il yaz sessiyası dövründə görülən işlər üzrə hesabat və həmin ilin payız sessiyasının qanunvericilik işləri barədə məlumat verib. Bildirilib ki, 2016-cı ilin payız sessiyasında gənclər və idman sahəsində dövlətlərarası orqanların Azərbaycanla bağlı fəaliyyətinə komitənin cəlb olunmasının təmin edilməsi məsələsinə baxılacaq.

Azərbaycan ilə Cibuti arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

27 Sentyabr 2016 16:48

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cibuti Respublikasının Müdafiə naziri Əli Hassan Bahdon ilə görüşü olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın ümumi konturları müəyyən edilərək hərbi-texniki əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bağdad qana boyandı: 18 ölü, 47 yaralı

27 Sentyabr 2016 16:33

İraqın paytaxtı Bağdadda silsilə terror aktları baş verib.

Kiprdən Rusiyaya dəstək – Vizasız rejim

27 Sentyabr 2016 16:30

Kipr Avropa Birliyi ilə Rusiya arasında viza rejimin ləğv edilməsi ideyasını bundan sonra da dəstəkləyəcək.

Xırda qəpiyə "baxmayanlar" cinayətə cəlb oluna bilərlər - TƏKLİF

27 Sentyabr 2016 16:27

Qəpik də manat kimi milli pul vahidimizdir. Amma bu gün ölkəmizdə 1, 3, 5 qəpiklik kimi xırda metal pullara münasibət heç də birmənalı deyil.

İran: "ABŞ-ın hərbi sirləri əlimizdədir"

27 Sentyabr 2016 16:25

İran bu ilin yanvarında əsir alınan hərbçilər vasitəsilə ABŞ-a məxsus minlərlə dəyərli hərbi sirri ələ keçirdiyini açıqlayıb.

Milli Teleradio Şurası analoq yayımın dayandırılması ilə bağlı vətəndaşlara müraciət edib

27 Sentyabr 2016 16:24

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Ayətullah Xamneyi Mahmud Əhmədinejadın seçkidə iştirakına icazə verməyib

27 Sentyabr 2016 16:23

İranın sabiq prezidenti Mahmud Əhmədinejad növbəti prezident seçkilərində iştirak etməyəcək.

Türkiyədə MİT-in 87 əməkdaşı işdən uzaqlaşdırılıb

27 Sentyabr 2016 16:21

Türkiyədə FETÖ əməliyyatı çərçivəsində Milli İstihbarat (kəşfiyyat) Təşkilatının (MİT) 87 əməkdaşı vəzifədən uzaqlaşdırılıb.