Bağdad qana boyandı: 18 ölü, 47 yaralı

İraqın paytaxtı Bağdadda silsilə terror aktları baş verib.

İraqın paytaxtı Bağdadda silsilə terror aktları baş verib.

Axar.az bildirir ki, şiələrin yaşadığı Bayya bölgəsində kamikadzenin özünü partlatması nəticəsində 9 nəfər ölüb, 26 nəfər yaralanıb.
 
Əl Cədid bölgəsində baş verən partlayış nəticəsində də 9 nəfər həlak olub, 21 nəfər yaralanıb.
 
Xatırladaq ki, İraq ordusu İŞİD-ə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladıqdan sonra terror hücumlarının sayı artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31