Azərbaycan ilə Cibuti arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub
Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cibuti Respublikasının Müdafiə naziri Əli Hassan Bahdon ilə görüşü olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın ümumi konturları müəyyən edilərək hərbi-texniki əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
27 Sentyabr 2016 16:48 SosialSentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cibuti Respublikasının Müdafiə naziri Əli Hassan Bahdon ilə görüşü olub. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın ümumi konturları müəyyən edilərək hərbi-texniki əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.