Türkiyədə MİT-in 87 əməkdaşı işdən uzaqlaşdırılıb
Türkiyədə FETÖ əməliyyatı çərçivəsində Milli İstihbarat (kəşfiyyat) Təşkilatının (MİT) 87 əməkdaşı vəzifədən uzaqlaşdırılıb.
27 Sentyabr 2016 16:21 DünyaTürkiyədə FETÖ əməliyyatı çərçivəsində Milli İstihbarat (kəşfiyyat) Təşkilatının (MİT) 87 əməkdaşı vəzifədən uzaqlaşdırılıb.
APA-nın "Hüriyet"ə istinadən verdiyi məlumata görə, 15 iyul tarixindəki çevriliş cəhdindən sonra şübhə duyulan 141 MİT əməkdaşından 100-ü ilə bağlı aparılan araşdırma başa çatıb. Onlardan 87-si orqandan xaric edilib. 52 nəfər haqqında hazırlanan dosye prokurorluğa göndərilib.
İşdən uzaqlaşdırılanların dövlət qurumlarında işə qəbulu qadağan olunub. 41 əməkdaş haqqında aparılan istintaq da yaxın günlərdə tamamlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31