“Multikultural cəmiyyət və turizm” mövzusunda dəyirmi masa keçirilib

Sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Multikultural cəmiyyət və turizm” mövzusunda dəyirmi masa təşkil olunub. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbir Dünya Turizm Gününə həsr olunub. Dəyirmi masadan öncə mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm işçilərinin peşə bayramı münasibəti ilə təbriklərini çatdırıb. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın həyata keçirilməsində görüləcək işlərdən danışdı. Nazir sonda jurnalistlərin suallarını cavablandırıb.

Sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Multikultural cəmiyyət və turizm" mövzusunda dəyirmi masa təşkil olunub. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbir Dünya Turizm Gününə həsr olunub. Dəyirmi masadan öncə mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm işçilərinin peşə bayramı münasibəti ilə təbriklərini çatdırıb. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamın həyata keçirilməsində görüləcək işlərdən danışdı. Nazir sonda jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı tərəfindən təsis edilən bu gün 1980-ci ildən bir çox ölkələrdə qeyd olunur. Əlamətdar günün məqsədi turizmin təbliği, dünya iqtisadiyyatında rolunun diqqətə çatdırılması, bu vasitə ilə müxtəlif ölkələr və xalqlar arasında əlaqələrin inkişaf etdirilməsidir. Ümumdünya Turizm Günü hər il müəyyən bir deviz altında qeyd olunur, bu il "Hamı üçün turizm" devizi seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31