İran: "ABŞ-ın hərbi sirləri əlimizdədir"

İran bu ilin yanvarında əsir alınan hərbçilər vasitəsilə ABŞ-a məxsus minlərlə dəyərli hərbi sirri ələ keçirdiyini açıqlayıb.

İran bu ilin yanvarında əsir alınan hərbçilər vasitəsilə ABŞ-a məxsus minlərlə dəyərli hərbi sirri ələ keçirdiyini açıqlayıb.

Axar.az bildirir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Koprusunun generalı Əli Razimci məlumat verib.
 
Onun sözlərinə görə, ABŞ hərbçiləri minlərlə səhifəlik hərbi sənədləri İran tərəfinə verib.
 
Xatırladaq ki, bu ilin yanvarında Küveytdən Bəhreynə gedən 10 ABŞ hərbçisi Bəsrə körfəzində İran tərəfindən saxlanmışdı. ABŞ İrandan rəsmən üzr istədikdən sonra hərbçilər sərbəst buraxılıb.
 
Hadisə ilə bağlı ABŞ-da aparılan istintaq zamanı əsgərlərin bəzi məxfi məlumatları İrana verdiyi açıqlanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31