SAT imtahanlarının vaxtı AÇIQLANDI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanları və qeydiyyat tarixlərini açıqlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanları və qeydiyyat tarixlərini açıqlayıb.

TQDK-dan APA-ya verilən xəbərə görə, 2016/2017-ci tədris ili üzrə 6 imtahanın keçirilməsi nəzərdə tutulub. İmtahanlar oktyabrın 1-i, dekabrın 3-ü, yanvarın 21-i, martın 11-i, mayın 6-sı və iyunun 3-də olacaq.
 
İmtahanlara qeydiyyatdan keçmək üçün http://www.tqdk.gov.az/exam/sat/qeydiyyat/ keçiddən istifadə etmək olar. 
 
SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanıdır.
 
Dünyada hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü ilin sonunda ABŞ-ın ETS (Eductational Testing Service - Təhsil Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə "College Board" - Ali təhsilə qəbul Şurası tərəfindən hazırlanan SAT imtahanını Azərbaycanda test mərkəzi kimi TQDK tərəfindən keçirilməsinin icazəsini əməkdaşlıq razılaşması ilə əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31