Vergilər nazirliyi "dayanmaq bilmir": daha 74 nəfər...
Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
27 Sentyabr 2016 16:07 İqtisadiyyatVergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
Report bildirir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 43 nəfər artırılaraq 534-ə çatdırılıb.
Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 31 nəfər artıb və hazırda 359 fiziki şəxsin ölkədən çıxışına qadağa var.
Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 819-dan 893-ə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31