Gündəm

V Bakı Beynəlxalq Humanitar Forumu başlandı

29 Sentyabr 2016 17:10

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. İki gün davam edəcək Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaqları salamlayaraq bildirib ki, V Bakı Beynəlxalq Humanitar Forumunda 80-ə yaxın ölkədən 400 nəfər iştirak edir.

Çilili jurnalist: Azərbaycan bütün dünya üçün nümunədir

29 Sentyabr 2016 17:08

Azərbaycan dünyada müxtəlif dinlərin nümayəndələrinin rahat yaşadığı vahədir. Bunu Trend-ə V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən çilili jurnalist Markos Borkoski deyib.

Qaz təchizatında məhdudiyyətlər olacaq

29 Sentyabr 2016 17:05

Sentyabrın 30-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Novxanı”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Qaradəmirçi” və Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Atatürk Liseyi müəllimlər üçün təlim kurlası keçirilir

29 Sentyabr 2016 17:04

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin müəllimləri üçün təlim kurlasına start verilib. Liseydən “OLAYLAR”-a verilən məlumata görə, kurslar Türk Dünyası Araşdırmaları Vəqfi və Türkiyənin Sakarya Üniversitetinin birgə əməkdaşlığı çərçivəsində adı çəkilən ali təhsil müəssisəsinin təlimlçiləri tərəfindən həyata keçirilir. Məqsəd müəllimlərin bilik və bacarıqlarını daha da artırmaqdır. Kurslarda müəllimlərə təhsil texnolgiyaları, təhsildə texnologiyadan istifadə, ölçmə və dəyərləndirmə və s. istiqamətlərdə bililkər aşılanır.

Yaxın qohumlar bir yerdə işləyə bilməyəcəklər - YENİ QANUN

29 Sentyabr 2016 17:03

"Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya "Vəzifəli şəxslərin faəliyyətində maraqların toqquşması haqqında" adlı yeni qanun layihəsi hazırlamağa başlayıb. Yeni qanun layihəsi Komissiyada hazırlandıqdan sonra Milli Məclisə göndəriləcək. Ümid edirəm ki, parlamentdə bu qanun layihəsi qəbul ediləcək".

Nobel mükafatçıları Bakı Forumunu yüksək qiymətləndirirlər

29 Sentyabr 2016 17:01

V Bakı Beynəlxalq Humanitar Forumunda müxtəlif elm sahələri üzrə 15-dən artıq Nobel mükafatı laureatı da iştirak edir.

"Referendum Azərbaycanda demokratiyanın təntənəli qələbəsi idi"

29 Sentyabr 2016 16:59

Milli.Az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov sentyabrın 26-da keçirimiş referendumla bağlı  sualları cavablandırıb.

Arizonalı senator: "Azərbaycan regionda çiçəklənmənin nümunəsidir"

29 Sentyabr 2016 16:57

Azərbaycan böhranın tüğyan etdiyi regionda mütərəqqi və çiçəklənən ölkə nümunəsidir. Bunu Trend-ə V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Arizonadan olan senator Karlayl Bigey deyib.

Azərbaycan Sankt-Peterburqda keçiriləcək sərgidə təmsil olunacaq

29 Sentyabr 2016 16:56

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası 2016-cı ilin 12-14 oktyabr tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Health&Medical Tourism 2016” sərgisində təmsil olunacaq.

Xalq şairi Qabilin 90 illik yubileyi qeyd ediləcək

29 Sentyabr 2016 16:54

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Qabil İmamverdiyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,   xatirə gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək.

Kür çayı üzərində yeni körpü tikilir

29 Sentyabr 2016 16:53

Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq tikinti işlərinə start verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,  yeni inşa edilən körpünün uzunluğu 88.2 metr, 8 metr hərəkət hissəsi və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqəsədi ilə 1.5 metr enində piyada səkiləri də daxil olmaqla ümumi eni 11 metrdir.

Yaponiya Parlamentində Azərbaycanla bağlı müzakirələr keçirilib

29 Sentyabr 2016 16:51

Yaponiya parlamentinin binasında DAA Yaponiya təmsilçisi , Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın sədri Əlibəy Məmmədov ilə bu ölkənin Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Takahashi Seiichiro və Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyinin Turizm şöbəsinin Rusiya, Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Asako Ueno, AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro arasında Azərbaycanın iqtisadi-siyasi reallığı, biznes mühiti, mədəni əlaqələr və yerli şirkətlərin fəaliyyəti mövzusunda müzakirələr aparılıb.

Azərbaycan gəncləri  Yunanıstanda

29 Sentyabr 2016 16:49

Yunanıstanın Pieria bölgəsində “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər tədbiri öz işinə başlayıb.

Türkiyənin termal mənbələrinə infotur təşkil ediləcək

29 Sentyabr 2016 16:46

2-7 oktyabr tarixində Türk Hava Yolları, "NG hotel qrup", "Nobel" Tibb Mərkəzi və "Kaya Termal"ın dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Türkiyənin termal turizm mənbələrinə infotur təşkil olunacaq.

“İRƏLİ” İctimai Birliyi Könüllülük Festivalı layihəsinə start verib

29 Sentyabr 2016 16:40

“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə sentyabrın 28-də Oğuz rayonunda “SAY: Volunteerinq Festival” (Könüllülük festivalı) layihəsinə start verib. Layihənin açılış mərasimi sentyabrın 28-də Oğuz şəhərindəki “AFRA” otelində keçirilib.