Gündəm

"İlham Əliyev hər şeyi doğru edir" - Jirinovski

29 Sentyabr 2016 16:39

Çərşənbə axşamı Azərbaycan MSK-sı sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı olan referendumun yekun nəticələrini elan edib.

AzTU-da I kurs tələbələri ilə görüş keçirilib

29 Sentyabr 2016 16:38

Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xalıq Yahudov Universitetin bütün fakültələrinin birinci kurs tələbələri ilə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki,  X.Yahudov ilk öncə dövlətin təhsilə olan qayğısından geniş danışaraq gənclərə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etmələrini tövsiyə edib. XXI əsrin yüksək texnologiyalar əsri olduğunu söyləyən X.Yahudov bu ali məktəbdə tədris metodlarının təkmilləşdirildiyini, müasir laboratoriyaların olduğunu bildirib və milli iqtisadiyyatın inkişafını təmin edən texniki və texnoloji əsaslarını mənimsəyən mühəndis kadrların hazırlanması üçün bütün şəraitin yaradıldığını söyləyib.

Mixail Qusman Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışdı

29 Sentyabr 2016 16:35

"Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq əlaqələr üçün ən yaxşı və yaddaqalan məkandır. Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə bu Forumun keçirilməsinə təşəbbüs göstərilib və Forum 2011-ci ildən artıq beynəlxalq səviyyədə keçirilir. Ona maraq və diqqət ildən-ilə artır. "Dəyirmi masa"lar və plenar iclaslar Forumun ayrılmaz hissəsidir".

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda əmək bazarı proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları dəstəkləyir

29 Sentyabr 2016 16:33

Azərbaycanda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Köler və BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə Ofisinin direktor müavini Şurençumeq Zoxiolt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Regional Peşə Tədrisi Mərkəzinə gələrək, burada peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə tanış olublar. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığının təşkili sahəsində aparılan işlərlə  bağlı məlumat verib.

Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

29 Sentyabr 2016 16:34

Oktyabrın 28-də Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək. Diasporla İş üzrə Dvlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqində əksini tapmış  tövsiyələrə əsasən keçirilir.

Səhmdar Cəmiyyətdən pul oğurlayan ələ keçdi

29 Sentyabr 2016 16:29

Nərimanov rayonunda oğurluğun üstü iki aydan sonra açılıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 18-də “Bakı Elektrik Tökmə” ASC-nin inzibati binasından 1804 manat pul, 72.100 manat dəyərində alüminium metal hissələri və müşahidə kameralarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Ağdam rayon sakini Mais İbadov şübhəli şəxs qismində tutulub. 

Sumqayıt sakinindən 2 kq marixuana götürülüb

29 Sentyabr 2016 16:28

Sumqayıt sakinindən xeyli miqdarda narkotik vasitə gətürülüb. DİN-dən verilən məlumata görə, ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kimyaçılar qəsəbə sakini İlqar Baxşıyevdən 2 kiloqram 60 qram marixuana götürülüb. Ətrafında aparılan əməmliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyn edilib. 

Adambaşına 782,6 dollar xarici borcumuz var

29 Sentyabr 2016 16:27

Azərbaycanın xarici dövlət borcu isə 7,6 mlrd dollar təşkil edir. “Olaylar” Maliyyə Nazirilyinin rəsmi saytına istinadən xəbər verir ki, bu 2017-ci il büdcə layihəsində əksini tapıb. Azərbaycan dövlətinin imzalanmış sazilər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 20%-ni təşkil edir. Bu isə adambaşına düşən xarici dövlət borcu 782,6 dollar edir. Ölkəyə cəlb edilən kreditlərin 39,2% sabit dərəcəli kreditlər, 60,8 %-ni dəyişkən dərəcə ilə olan kreditlər təşkil edir. İmzalanmış müqvilələrə əsasən xarici dövlət borcunun 53,2 faizinin 10 ilə, 41,2 faizini 10 ildən 20 ilədək, 5,6 faizini isə 20 ildən artıq müddətə qaytarmalıdır.

İpotekanın həcmi 2 dəfə artırılacaq

29 Sentyabr 2016 16:26

2017-ci ildə vətəndaşların mənzillət təminatını yaxşılaşdırmaq məqsədi ilə ipotekanın həcmi iki dəfə artırılacaq.

Oğurluqla məşğul olan 2 şəxs saxlanıb

29 Sentyabr 2016 16:24

DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də şəhər sakini Şamil Məhərrəmova məxsus evdən 1000 manat pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Cavid Paşayev tutulub. Həmçinin Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də rayon sakini Tələt Ağaəhmədova məxsus mağazadan 200 manat pul oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Heydər Muradov tutulub. Hər iki faktla bağlı araşdırma aparılır. 

Mağazanı qarət edən şəxs yaxalanıb

29 Sentyabr 2016 16:23

Abşeron rayonunda baş vermiş oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 20-də rayon sakini Fikrət İsmayılova məxsus mağazadan 690 manat pul və 4 ədəd müşahidə kamerası, habelə orada quraşdırılmış “E-manat” ödəmə aparatından 512 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi Əflatun Bəhramov tutulub. Araşdırma aparılır. 

Torpaq sürüşməsi - 27 nəfər itkin düşdü

29 Sentyabr 2016 16:22

Çinin Çjeçzyan vilayətində "Meqi" qasırğasının gətirdiyi güclü leysan torpaq sürüşməsinə səbəb olub.  

Gənclərimiz vətənpərvər ruhda tərbiyə olunur

29 Sentyabr 2016 16:06

Azərbaycan silahlı qüvvələrinin müasir söyüş sursatı ilə təçhizatı, bununla paralel olaraq rəsmi qurumlar tərəfindən əsgər və zabitlər arasında aparılan vətənpərvərlik tədbirləri ordunun döyüş ruhunu daha da yüksəldib. Orduya dövlət düdcəsindən ayrılan vəsaitin ildən-ilə artıtılması, hərbçilərin sosial problemlərinin həlli gənclər arasında vətənpərvərlik hissinin daha da artmasına səbəb olub.

Almaniyada məscidlərə hücumların sayı artıb

29 Sentyabr 2016 16:03

Almaniyada məscid və müsəlmanlara məxsus təşkilatlar getdikcə daha çox hücumların hədəfinə çevrilir.

ABŞ Somalini vurdu: 22 ölü, 16 yaralı

29 Sentyabr 2016 16:02

ABŞ pilotsuz təyyarələrinin Somalinin Qalkayo şəhərini bombalaması nəticəsində 22 hərbçi ölüb, 16 nəfər yaralanıb.