Mağazanı qarət edən şəxs yaxalanıb
Abşeron rayonunda baş vermiş oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 20-də rayon sakini Fikrət İsmayılova məxsus mağazadan 690 manat pul və 4 ədəd müşahidə kamerası, habelə orada quraşdırılmış “E-manat” ödəmə aparatından 512 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi Əflatun Bəhramov tutulub. Araşdırma aparılır.
29 Sentyabr 2016 16:23 KriminalAbşeron rayonunda baş vermiş oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 20-də rayon sakini Fikrət İsmayılova məxsus mağazadan 690 manat pul və 4 ədəd müşahidə kamerası, habelə orada quraşdırılmış "E-manat" ödəmə aparatından 512 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi Əflatun Bəhramov tutulub. Araşdırma aparılır.