Torpaq sürüşməsi - 27 nəfər itkin düşdü

Çinin Çjeçzyan vilayətində "Meqi" qasırğasının gətirdiyi güclü leysan torpaq sürüşməsinə səbəb olub.  

Çinin Çjeçzyan vilayətində "Meqi" qasırğasının gətirdiyi güclü leysan torpaq sürüşməsinə səbəb olub.  

ATV.az xəbər verir ki, evləri yerlə bir edən təbiət hadisəsində torpaq altında qalan 27 nəfərin taleyindən xəbər tutmaq mümkün olmur.

Hadisə yerinə cəlb olunan xilasedicilər azı 15 nəfəri dağıntılar altından sağ çıxara bilib. Ərazidə axtarış və xilasetmə prosesi son sürətlə davam etdirilir. İtkin düşənlərin sağ qalma ehtimalı hər ötən saat daha da azalır. Meqi qasırğası Tayvanda 4 nəfərin həyatına son qoyub, 523 nəfəri də yaralanıb.. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31