Qaz təchizatında məhdudiyyətlər olacaq
Sentyabrın 30-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Novxanı”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Qaradəmirçi” və Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
29 Sentyabr 2016 17:05 SosialSentyabrın 30-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Novxanı", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Yaqublu", Ağdam magistral qaz kəmərləri sahəsinin "Qaradəmirçi" və Qazax magistral qaz kəmərləri sahəsinin "Şəmkir" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində Abşeron rayonunun Novxanı qəsəbəsinin, həmçinin Şəmkir rayonunun Dəllər, Zəyir və Cırdaxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Şəmkir şəhərinin, eləcə də Bərdə və Oğuz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.