Kür çayı üzərində yeni körpü tikilir

Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq tikinti işlərinə start verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,  yeni inşa edilən körpünün uzunluğu 88.2 metr, 8 metr hərəkət hissəsi və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqəsədi ilə 1.5 metr enində piyada səkiləri də daxil olmaqla ümumi eni 11 metrdir.

Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq tikinti işlərinə start verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki,  yeni inşa edilən körpünün uzunluğu 88.2 metr, 8 metr hərəkət hissəsi və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqəsədi ilə 1.5 metr enində piyada səkiləri də daxil olmaqla ümumi eni 11 metrdir. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçiriləcək. Körpü orta dayaqsız bir aşırımlı ( 81 m. ) inşa olunacaq və çay yatağından hündürlüyü 7 metr olacaq. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını almış olacaq. Bundan başqa çayda su axının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metrhissəsinin hündürlüyü artırılacaq, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31