Azərbaycan gəncləri  Yunanıstanda

Yunanıstanın Pieria bölgəsində “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər tədbiri öz işinə başlayıb.

Yunanıstanın Pieria bölgəsində "Dionda Olimpiya" qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər tədbiri öz işinə başlayıb. GİN-nin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, qədim dövrlərdən bugünümüzə qədər keçirilən tədbirdə  Yunanıstan, Rusiya, Serbiya, Polşa, Türkiyə, İran və Azərbaycanın gənclərdən ibarət teatr truppaları iştirak edir. 16 nəfərdən ibarət nümayəndə heyətinin tədbirdə iştirakı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşıb. Şagird, tələbə və böyük hissəsi Gənc Tamaşaçılar Teatrının aktyorlarından ibarət heyət Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında hazırlanmış "Xeyir və Şər" tamaşası ilə çıxış etdilər. Tamaşa 12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvinin beş poemasından biri olan "Yeddi gözəl" poemasından,gözəllərdən birinin söylədiyi "Xeyir və Şər"nağılının əsasında hazırlanmışdır, xeyir və şərin mubarizəsindən bəhs edir. Qeyd edək ki, tamaşanın rejirssoru respublikanın əməkdar artisti Nicat Kazımov idi. Hər gün iki ölkənin müxtəlif tamaşalar təqdim etdiyi beynəlxalq  tədbir 29 sentyabr tarixdə yekunlaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31