Azərbaycan Sankt-Peterburqda keçiriləcək sərgidə təmsil olunacaq
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası 2016-cı ilin 12-14 oktyabr tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Health&Medical Tourism 2016” sərgisində təmsil olunacaq.
29 Sentyabr 2016 16:56 SosialAzərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası 2016-cı ilin 12-14 oktyabr tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Health&Medical Tourism 2016" sərgisində təmsil olunacaq. "OLAYLAR"-ın xəbərinə görə, sərgidə Naftalan Qaşaltı, Çinar Naftalan, Yengicə Termal, Qalaaltı, Duzdağ Naxçıvan sağlamlıq turizmi müəssisələri öz məhsulları ilə iştirak edəcəklər. Sərginin birinci günü "Azərbaycanda müəlicəvi turizm" mövzusunda konfrans-B2B-ikitərəfli görüş təşkil olunması nəzərdə tutulub. Məqsəd Azərbaycanın müalicə sağlamlıq turizmi imkanlarını daha geniş müstəvidə təbliğ etmək və Azərbaycana gələcək sağlamlıq turizminin inkişafına töhfə verməkdən ibarətdir.