Yaponiya Parlamentində Azərbaycanla bağlı müzakirələr keçirilib

Yaponiya parlamentinin binasında DAA Yaponiya təmsilçisi , Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın sədri Əlibəy Məmmədov ilə bu ölkənin Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Takahashi Seiichiro və Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyinin Turizm şöbəsinin Rusiya, Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Asako Ueno, AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro arasında Azərbaycanın iqtisadi-siyasi reallığı, biznes mühiti, mədəni əlaqələr və yerli şirkətlərin fəaliyyəti mövzusunda müzakirələr aparılıb.

Yaponiya parlamentinin binasında DAA Yaponiya təmsilçisi , Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın sədri Əlibəy Məmmədov ilə bu ölkənin Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Takahashi Seiichiro və Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyinin Turizm şöbəsinin Rusiya, Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Asako Ueno, AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro arasında Azərbaycanın iqtisadi-siyasi reallığı, biznes mühiti, mədəni əlaqələr və yerli şirkətlərin fəaliyyəti mövzusunda müzakirələr aparılıb. DAA-dan "OLAYLAR"-a verilən xəbərə görə, müzakirələr zamanı müstəqillik əldə etdikdən sonra sürətli inkişaf yolu keçmiş Azərbaycan Respublikasının iqtisadi potensialı, geosiyasi vacibliyi, qarşılıqlı anlaşma əsasında qurulmuş və inkişaf etməkdə olan Yaponiya-Azərbaycan münasibətləri haqqında geniş fikir mübadiləsi aparılıb. Takahashi Seiichiro cari ilin Avqust ayının sonlarında Bakıya səfər etdiklərini, Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi üçün yerli əməkdaşlarla görüşlər keçirdiklərini vurğulayıb. O bildirib ki, Azərbaycan Respublikası müstəqilliyin ilk illərində çox ağır bir şəraitdə, vətəndaş müharibəsinin baş verdiyi bir dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanda stabil siyasi sistemin qurulmasında və onun möhkəmləndirilməsində, iqtisadi həyatının dirçəlməsi və inkişaf etdirilməsində mühüm rol oynayıb.  Takahashi Seiichiro Sentyabr ayının 26-da Azərbaycanda baş tutmuş referendum haqqında söhbət açaraq, Azərbaycan hökümətinin demokratiya yolunda inamlı addımlarla irəlilədiyini qeyd edib. O referendumun nəticələrinin Azərbaycanın siyasi və iqtisadi sisteminin daha da stabil olmasına böyük töhvələr verəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31