Çilili jurnalist: Azərbaycan bütün dünya üçün nümunədir

Azərbaycan dünyada müxtəlif dinlərin nümayəndələrinin rahat yaşadığı vahədir. Bunu Trend-ə V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən çilili jurnalist Markos Borkoski deyib.

Azərbaycan dünyada müxtəlif dinlərin nümayəndələrinin rahat yaşadığı vahədir.

Bunu Trend-ə V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən çilili jurnalist Markos Borkoski deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün dünya üçün nümunədir: "Bu müsəlman ölkəsində katoliklər, pravoslavlar və yəhudilər rahat yaşayırlar. Problem ondan ibarətdir ki, bir çox ölkələr, o cümlədən Amerikada bu barədə bilmirlər. Onlar bu barədə bilməlidirlər".

Jurnalist qeyd edib ki, forum çox vacib məsələlərə toxuna bildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31