Gündəm
“İslamda mötədillik” mövzusunda tədbirlər keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin, Göyçay və Ucar Rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” və Ucar şəhər “Cami” məscidində “İslamda mötədillik” mövzusunda tədbirlər keçirilib.
Atatürk Liseyinin müdiri Azərbaycanı tərk edir
2008-ci ildən Azərbaycanda fəaliyyət göstərən, əvvəl Bakı Anadolu Liseyi, daha sonra Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin müdiri vəzifəsində çalışan Ali Devrim Azərbaycanı tərk edir. “OLAYLAR”-ın xəbərinə görə, liseyin müdiri artıq Türkiyəyə dönməyə qərar verib. Ali Devrimin bu qərarı liseyin müəllim və şagird heyəti arasında üzüntü ilə qarşılanıb. Həmçinin təhsil ocağının valideynləri də Ali Devrimin Azərbaycandan getməsini məyusluqla qarşılayıblar.
Azərbaycan dünyaya tolerantlıq dərsi keçdi
V Bakı Beynəlxalq Humanitar Forumu vasitəsilə Azərbaycan dünyaya tolerantlıq dərsi keçdi. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev səsləndirib.
Külək Roma Papasının papağını apardı
Dövlət və hökumət başçıları bir qayda olaraq xarici səfərlər zamanı qeyri-adi hadisələrlə rastlaşmaları ilə də diqqət çəkir. Ötən həftə sonu Azərbaycanda səfərdə olan katoliklərin lideri Roma Papası Fransisk də gözlənilməz hadisədən sığortalanmayıb. “OLAYLAR”-ın xəbərinə görə, Roma Papasının papağını külək yerə salıb. Məlumata görə, hadisə Papa Fransiskin Heydər Əliyev Məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşə getdiyi zaman baş verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkələrdəki filial rəhbərləri ilə görüş keçirilib
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizə gələn Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkələrdəki filial rəhbərləri ilə görüşüb.
Ahıllar Günü qeyd edilib
M.Ə.Rəsulzadə bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə “Ahıllar günü” ilə bağlı qəsəbə sakini Həsənov Teyyub Novruz oğlunun evində görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri iştirak edib.
“Turizm həftəsi” başa çatdı
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sentyabrın 27-dən başlayaraq elan etdiyi “Turizm həftəsi” başa çatıb. “OLAYLAR”-ın xəbərinə görə, “Turizm həftəsi” çərçivəsində Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri 29 sentyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində və 30 sentyabr tarixində isə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində ekskursiyada olublar. Uşaqlar öncəki günlərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Milli Azərbaycan Tarixi Muzeyi ilə yaxından tanış olublar.
Zabratda ağacın dibinə basdırılmış 2 tapança aşkar edilib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 02.10.2016-cı il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayon 2-ci Zabrat qəsəbəsində fərdi yaşayış evinin daş hasarının çöl tərəfindəki ağacın dibində basdırılmış 1 ədəd “Super-PP 2/94” və 1 ədəd “MP-654K” tipli 4,5 kalibrli tapança aşkar edilərək götürülmüşdür.
Tacikistanın sərhəd xidməti Azərbaycan təcrübəsini öyrənir
Tacikistan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Komandanının müavini polkovnik Odilbek Nosirovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, BMT-nin Cənubi Asiyada Narkotiklər və Cinayətkarlıq üzrə Regional Nümayəndəliyinin dəstəyi ilə “Tacikistan-Əfqanıstan sərhədləri boyunca nəzarətin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi sərhəd nəzarətinin və xidmətin təşkili, qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınmasına qarşı mübarizə üzrə Azərbaycan Respublikasının təcrübəsi ilə tanışlıqdır.
Elnarə onu təhqir edən şəxsi görüşə səslədi: "Mənim və yoldaşımın qeyrətinə..."
Əməkdar artist Elnarə Abdullayeva "10-dan sonra"nın qonağı olub. Elnarə onu təhqir edən izləyicisindən danışaraq, canlı efirdə əsəbləşib:
Ermənilərin saxta tarix yaratmaq cəhdi növbəti dəfə iflasa uğrayıb
Bu ilin 26-29 sentyabr tarixində Rusiya Federasiyasının Dövlət Ermitajında şərq numizmatikasına (ICON II) həsr olunmuş ikinci beynəlxalq konfrans keçirilib.
Qız babası ilə evləndi - Bilmədən
Amerikada qəribə olay yaşanıb. "Hürriyet" bildirir ki, özündən 44 yaş kiçik qadınla evlənən amerikalı milyarder ailə şəkillərinə baxarkən utancverici sirr öyrənib.
Fransadan PKK-ya ŞOK - Türkiyə istəyinə çatdı
Terror təşkilatının televiziya kanalının peyk yayımı kəsilib. Milliyet xəbər verir ki, fransız peyk şirkəti Eutelsat terror təşkilatı PKK-nın KİV-lərindən olan, Belçikada yerləşən "Med Nuçe" telekanalının yayımını dayandırıb.
Vəkil məhkəmədə Cahangir Hacıyevə bəraət istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Öpüşmə səhnələrindən imtina etdi
Seçkin Piriler rol aldığı "Aşka Geldik" adlı tamaşada rol alacaq.














