Ahıllar Günü qeyd edilib

M.Ə.Rəsulzadə bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə “Ahıllar günü” ilə bağlı qəsəbə sakini Həsənov Teyyub Novruz oğlunun evində görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri iştirak edib.

M.Ə.Rəsulzadə bələdiyyəsinin "İctimai-humanitar" sektorunun təşkilatçılığı ilə "Ahıllar günü" ilə bağlı qəsəbə sakini Həsənov Teyyub Novruz oğlunun evində görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri iştirak edib. M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib ki, "Beynəlxalq Ahıllar Günü" ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olunub. Həmin qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. İlham Əliyev Ulu öndərin bu siyasətini bu gündə davam etdirir. Həsənov Teyyub Novruz oğlu göstərilən diqqətə və qayğıya görə öz təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31