Atatürk Liseyinin müdiri Azərbaycanı tərk edir
2008-ci ildən Azərbaycanda fəaliyyət göstərən, əvvəl Bakı Anadolu Liseyi, daha sonra Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin müdiri vəzifəsində çalışan Ali Devrim Azərbaycanı tərk edir. “OLAYLAR”-ın xəbərinə görə, liseyin müdiri artıq Türkiyəyə dönməyə qərar verib. Ali Devrimin bu qərarı liseyin müəllim və şagird heyəti arasında üzüntü ilə qarşılanıb. Həmçinin təhsil ocağının valideynləri də Ali Devrimin Azərbaycandan getməsini məyusluqla qarşılayıblar.
3 Oktyabr 2016 15:43 Sosial2008-ci ildən Azərbaycanda fəaliyyət göstərən, əvvəl Bakı Anadolu Liseyi, daha sonra Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin müdiri vəzifəsində çalışan Ali Devrim Azərbaycanı tərk edir. "OLAYLAR"-ın xəbərinə görə, liseyin müdiri artıq Türkiyəyə dönməyə qərar verib. Ali Devrimin bu qərarı liseyin müəllim və şagird heyəti arasında üzüntü ilə qarşılanıb. Həmçinin təhsil ocağının valideynləri də Ali Devrimin Azərbaycandan getməsini məyusluqla qarşılayıblar.
Qeyd edək ki, Ali Devrimin facebook sosial şəbəkəsində Azərbaycandan getməsi ilə bağlı vida mesajı da yazıb: "Hər başlanğıcın bir sonu var. 2008-ci ilin avqust ayında həyatımızda yeni bir dönəmə başlamışdıq. Zaman çox sürətli axıb getdi. İndi yeni bir başlanğıc zamanı. Bakıya, Can Azərbaycana vida zamanı. Yaxşı və gözəl işlər görməyə çalışdıq. Bəzən üzüldük, bəzən sevindik. Bəzən üzdük, bəzən sevindirdik. Halal olana haram qatmadıq. Bakıdakı, Can Azərbaycandakı dostlarla vidalaşma zamanı. Haqqınızı halal edin"