Tacikistanın sərhəd xidməti Azərbaycan təcrübəsini öyrənir
Tacikistan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Komandanının müavini polkovnik Odilbek Nosirovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, BMT-nin Cənubi Asiyada Narkotiklər və Cinayətkarlıq üzrə Regional Nümayəndəliyinin dəstəyi ilə “Tacikistan-Əfqanıstan sərhədləri boyunca nəzarətin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi sərhəd nəzarətinin və xidmətin təşkili, qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınmasına qarşı mübarizə üzrə Azərbaycan Respublikasının təcrübəsi ilə tanışlıqdır.
3 Oktyabr 2016 15:20 SosialTacikistan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Komandanının müavini polkovnik Odilbek Nosirovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, BMT-nin Cənubi Asiyada Narkotiklər və Cinayətkarlıq üzrə Regional Nümayəndəliyinin dəstəyi ilə "Tacikistan-Əfqanıstan sərhədləri boyunca nəzarətin gücləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi sərhəd nəzarətinin və xidmətin təşkili, qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınmasına qarşı mübarizə üzrə Azərbaycan Respublikasının təcrübəsi ilə tanışlıqdır. Səfər çərçivəsində Azərbaycanın sərhəd mühafizə sisteminə və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə dair təqdimatlar keçirilib, Azərbaycanın dövlət sərhədləri və mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, xidmətin strukturu, əsas vəzifə və tapşırıqları, narkotiklərin daşınması, qeyri-leqal miqrasiya və digər qanunsuz fəaliyyətlərlə mübarizədə sərhəd təhlükəsizliyinin gücləndirilməsi üzrə həyata keçirilmiş tədbirlər, əldə olunmuş nailiyyətlər, sərhəd mühafizəsində istifadə olunan texniki vasitələr barədə ətraflı məlumat verilib. Bununla yanaşı, DSX-nin beynəlxalq əlaqələri, digər ölkələrin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri və müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər qonaqların diqqətinə çatdırılmışdır. Tacikistan nümayəndələri öz növbəsində Sərhəd Qoşunlarının strukturu, vəzifələri və fəaliyyəti, eləcə də Tacikistan-Əfqanıstan sərhədindəki mövcud əməliyyat şəraitini özündə əks etdirən təqdimat nümayiş etdirib.