Gündəm
"Azərbaycanla Aİ arasında əməkdaşlıq bərpa olunub"
“Azərbaycan və Avropa İttifaqı arasında danışıqlar mövcud əməkdaşlıq mexanizmi çərçivəsində bərpa olunub və münasibətlər yüksələn xətt üzrə inkişaf edir ki, bu da çox yaxşı göstəricidir”.
Moskvada Nemtsovun qətli ilə bağlı məhkəmə başlayır
Moskvanın hərbi məhkəməsində Rusiyanın müxalif lideri Boris Nemtsovun qətli ilə bağlı ittiham olunan beş nəfərin məhkəməsi başlayır.
İran Türkiyəyə gedən vətəndaşlarına xəbərdarlıq etdi
İran Türkiyəyə səyahət etməyi planlaşdıran vətəndaşlarına xəbərdarlıq edib.
İzmirdə genişmiqyaslı əməliyyat
Bir neçə dəqiqə əvvəl İzmir Şəhər Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi böyük bir terror aksiyası hazırlığında olan terrorçu qrupun izinə düşüb. Hal-hazırda şəhərin Qarabağlar rayonunda hava dəstəkli əməliyyat başlayıb. Bölgədəki yollar bağlanıb. Gələn xəbərlərə görə böyük bir terror aksiyası hazırlığında olan qrupun zərəsizləşdirilməsi üçün xüsusi əməliyyat keçilir. Şübhəlilərin qaçışının qarşısının alınması üçün helikopterlər havaya qalxıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Rusiya türk iş adamlarına tətbiq edilən vizaları qaldırmaq niyyətindədir
Rusiya İqtisadi İnkişaf Nazirliyi 24 noyabrdan sonra türkiyəli iş adamlarına qarşı tətbiq edilən viza alma məcburiyyətini ləğv etmək üçün Xarici İşlər Nazirliyinə müraciyyət edib. İki ölkə arasında ticarət və iqtisadi münasibətlərin daha da inkişaf etməsi üçün bu addım nazirlik tərəfindən zəruri qəbul edilir. Müraciyyət iqtisadi inkişaf naziri Aleksey Lixaçovun inisyativi ilə edilib. Nazir olayı təsdiq edib və Türkiyənin Rusiya nəqliyyat şirkətlərinə tətbiq etdiyi vizanın da ləğv ediləcəyini ümid etdiyini bildirib. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
İzmirdə ilk hicablı polis
Türkiyənin İzmir şəhərində ilk dəfə baş örtüyündə olan qadın polisin görüntüləri yayılıb. Trend-in "Haber7"-yə istinadən verdiyi məlumata görə, İzmirdə təhlükəsizlik tədbirləri çərçivəsində Polis İdarəsinin Çevik Qüvvələr şöbəsində adı açıqlanmayan baş örtüyü geyinmiş qadın komissar diqqəti çəkib. Qeyd edək ki, artıq Türkiyədə qadın polislərə baş örtüyü geyinməyə icazə verilir.
"Ohanyan aprel döyüşlərinə görə işdən qovulub"
Seyran Ohanyanın müdafiə naziri postundan qovulması təsadüfi deyil. Buna səbəb Ermənistan ordusunun aprel döyüşlərindəki məğlubyyətidir".
Nigar Arpadarai: "Yarış Formula-1 Azərbaycan Qran Prisi adlandırılacaq"
"Formula-1 Avropa Qran Prisinin adını dəyişdirərək Formula-1 Azərbaycan Qran Prisi etmək nəzərdə tutulur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
Orduda fərarilik tamamilə aradan qaldırılıb
Azərbaycan ordusunun nüfuzu günü-gündən artmaqdadır. Bunu ölkəmizdə keçirilən “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi bir daha təsdiq etdi. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda keçirilən “ADEX-2016” ikinci Beynəlxalq müdafiə sərgisi öz işini dörd gün davam etdirdi.
Qazada qoyun oğrusu tutulub
Qazaq rayonunda qoyun oğrusu saxlanıb. DİN-dən verilən məlumata görə, Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də rayon sakinləri Sevda Kazımovaya, İlqar Qarayevə və Eminə Kazımovaya məxsus həyətyanı sahədən 40 baş qoyun oğurlamış həmyerliləri Yaqub Kazımov tutulub. Araşdırma aparılır.
Keçmiş məhkum qonşusunun 8 kisə noxudunu oğurladı
Cəlilabdda qeyri-adi oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da Mehman Məlikova məxsus həyətyanı sahədən 8 kisə (400 kq) noxud oğurlamaqda şübhəli bilinən rayon sakinləri Şamxal Səfərov və qardaşı, əvvəllər məhkum olunmuş Fikrət tutulub.
“Cahan Holding” MMC-yə məxsus seyf oğurlanıb
Gəncə şəhərində “Cahan Holding” MMC-yə məxsus seyf oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Xəzər RPİ, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da “Cahan Holding” MMC-nin Gəncə şəhər filialından quldurluq yolu ilə içərisində 61250 manat və 6000 ABŞ dolları olan seyfi aparmış Gəncə şəhər sakini Asif Əliyev və Bakı şəhər sakini Vasif Əliyev tutulub. Araşdırma aparılır.
Bakı və Daşkəsən sakinlərindən odlu silah götürülüb
Bakı şəhər sakinindən odlu silah götürülüb. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid Bağırovdan “Naqan” tipli tapança və 7 ədəd patron götürülüb. Həmçinin Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirverdilər kənd sakini Asif Bağırovun evinə baxış zamanı “AKS” markalı silah və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.
DAA Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etdi
Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Ukrayna Prokurorluğu və Daxili İşlər Nazirliyinə müraciət edib. “OLAYLAR”-ın xəbərinə görə, prokuror Yuriy Lucenko və daxili işlər naziri Arsen Avakyana ünvanlanmış müraciətdə Ukraynada azərbaycanlı milliyətindən olan iş adamlarına, qarşı, təqib və təzyiq kampaniyası , mənsubiyyəti azərbaycanlı olanlara qarşı cinayət hallarının artmasından narahatçılıq ifadə edilir.
Əli Kərimli tərəfdarından diaspor rəhbərinə iftira
Bir vaxtlar “Azadlıq” qəzetində müxbir işləyən, hazırda cəbhəçilərin xətti ilə “siyasi mühacir” adı əldə edərək Avropada kef görən Fikrət Hüseynli indi də diaspor fəallarını hədəfə alıb.














