Bakı və Daşkəsən sakinlərindən odlu silah götürülüb
Bakı şəhər sakinindən odlu silah götürülüb. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid Bağırovdan “Naqan” tipli tapança və 7 ədəd patron götürülüb. Həmçinin Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirverdilər kənd sakini Asif Bağırovun evinə baxış zamanı “AKS” markalı silah və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.
3 Oktyabr 2016 15:55 SosialBakı şəhər sakinindən odlu silah götürülüb. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid Bağırovdan "Naqan" tipli tapança və 7 ədəd patron götürülüb. Həmçinin Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirverdilər kənd sakini Asif Bağırovun evinə baxış zamanı "AKS" markalı silah və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.