İran Türkiyəyə gedən vətəndaşlarına xəbərdarlıq etdi

İran Türkiyəyə səyahət etməyi planlaşdıran vətəndaşlarına xəbərdarlıq edib.

İran Türkiyəyə səyahət etməyi planlaşdıran vətəndaşlarına xəbərdarlıq edib.

"Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, İran öz vətəndaşlarına müraciət edərək etibarlı olmayan yerlərdən uzaq olmalarını xahiş edib. Xəbərdarlıq mətnində "Türkiyəyə səyahət edən vətəndaşlar etibarlı olmayan və izdiham olan yerlərdən çəkinməlidir",- sözləri qeyd edilib.

Xatırladaq ki, ötən həftə iki iranlı turist əyləncə məkanında hesaba etiraz etdiyinə görə 6 nəfərin hücumuna məruz qalmışdı və bir turist bıçaqlanaraq öldürülmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31