DAA Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etdi
Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Ukrayna Prokurorluğu və Daxili İşlər Nazirliyinə müraciət edib. “OLAYLAR”-ın xəbərinə görə, prokuror Yuriy Lucenko və daxili işlər naziri Arsen Avakyana ünvanlanmış müraciətdə Ukraynada azərbaycanlı milliyətindən olan iş adamlarına, qarşı, təqib və təzyiq kampaniyası , mənsubiyyəti azərbaycanlı olanlara qarşı cinayət hallarının artmasından narahatçılıq ifadə edilir.
3 Oktyabr 2016 15:54 DünyaDünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Ukrayna Prokurorluğu və Daxili İşlər Nazirliyinə müraciət edib. "OLAYLAR"-ın xəbərinə görə, prokuror Yuriy Lucenko və daxili işlər naziri Arsen Avakyana ünvanlanmış müraciətdə Ukraynada azərbaycanlı milliyətindən olan iş adamlarına, qarşı, təqib və təzyiq kampaniyası , mənsubiyyəti azərbaycanlı olanlara qarşı cinayət hallarının artmasından narahatçılıq ifadə edilir.
Qeyd olunur ki, bu cür hallar Ukraynanın beynəlxalq nüfuzuna zərbə vurmaqdadır: "Ukrayna vətəndaşlarının, o cümlədən Ukraynada yaşayan müxtəlif milli azlıqların hüquqlarının qorunmasının təmin edilməsi bir ölkə olaraq beynəlxalq təşkilatlar qarşısında Ukraynanın birbaşa öhdəliyidir. Necə ki, Avropa Şurasının 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" beynəlxalq öhdəliyi həyata keçirməklə bağlı konvensiyanı imzalanıb. Bu Konvensiyaya imza atan dövlətlər, həmçinin Avropa Şurasının 1993-cü ildə Vyana şəhərində öz ərazilərində milli azlıqların hüquq və azadlıqlarının qorunması barədə Bəyannamədən irəli gələn vəzifələrə də Ukrayna əməl etmə vəzifəsini üzərinə götürüb. Bu konvensiyaya görə üzv dövlətlər milli və etnik azlıqlara məxsus insanların hüquq və azadlıqlarını qorumağı öz öhdəsinə götürür və bu, beynəlxalq əməkdaşlığın əsası hesab edilir. Bu baxımdan biz Ukraynanı həm daxili qanunlarına həm də imzaladığı beynəlxalq öhdəlikləri yerinə yetirməyə və cinayətarları araşdırıb tapmağa , təcili tədbirlər görməyə çağırırıq".