Əli Kərimli tərəfdarından diaspor rəhbərinə iftira

Bir vaxtlar “Azadlıq” qəzetində müxbir işləyən, hazırda cəbhəçilərin xətti ilə “siyasi mühacir” adı əldə edərək Avropada kef görən Fikrət Hüseynli indi də diaspor fəallarını hədəfə alıb.

Bir vaxtlar "Azadlıq" qəzetində müxbir işləyən, hazırda cəbhəçilərin xətti ilə "siyasi mühacir" adı əldə edərək Avropada kef görən Fikrət Hüseynli indi də diaspor fəallarını hədəfə alıb. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı facebook sosial şəbəkəsində Niderlandda fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli verib.  O, qeyd edib ki, Niderlanddın Hoofddorp bölgəsində yashayan Fikrət Hüseyinli zəng edərək ona hədə-qorxu gəlib və diaspor rəhbərindən yazdığı statusu silməyi tələb edib: "Əks təqdirdə mənə şər və iftira ataraq polisə şikayət edəcəyini söyləyib  Söhbət mənim referemdumdan sonra Hollandiyada siyasi muhacirlərə saxta sənəd satanların fəaliyyətinin yaxşılaşacağı barədə yazdigim statusdur. Mən statusda Fikrətin adını yazmamışdım. Deməli sənəd satanlardan biri də Fikrət Hüseynlidir". Diaspor rəhbəri onu da qeyd edib ki, Fikrət Hüseynli guya mənim tərəfimdən ölümlə hədələndiyi barədə absurd fikir də səsləndirib: "Guya evinə hücum edirəm. Eyni zamanda iddia edilir ki, mən Azərbaycan kəşfiyyatinin işçisiyəm. Bundan artıq şərəfsizlik ola bilməz. Yəqin ki, Fikrətə yeni bir siyasi problem, oyun lazimdir. ki, referendumdan sonra atası, anası, qardaşının Hollandiyadan siyasi sığınacaq almasına nail olsun". Elxan Mirhəşimli qeyd edib ki, Niderlandda yaşayan soydaşlarımızla məsləhətləşmələrdən sonra Fikrət Hüseyinli ilə bağlı yazılan statusların silinməsi, qarşılıqlı şəkildə oturub söhbət etmək barədə razılıq əldə olunsa da, lakin qarşı tərəf bundan çəkinib: "Çünki üz-üzə gəlməyə onda cəsarət yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31