Orduda fərarilik tamamilə aradan qaldırılıb
Azərbaycan ordusunun nüfuzu günü-gündən artmaqdadır. Bunu ölkəmizdə keçirilən “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi bir daha təsdiq etdi. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda keçirilən “ADEX-2016” ikinci Beynəlxalq müdafiə sərgisi öz işini dörd gün davam etdirdi.
3 Oktyabr 2016 16:00 SosialHərbçilər arasında ruh yüksəkliyi artıb
Azərbaycan ordusunun nüfuzu günü-gündən artmaqdadır. Bunu ölkəmizdə keçirilən "ADEX-2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi bir daha təsdiq etdi. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda keçirilən "ADEX-2016" ikinci Beynəlxalq müdafiə sərgisi öz işini dörd gün davam etdirdi. Sərgidə Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və s. daxil olmaqla dünyanın 44 ölkəsindən 250-yə yaxın rəsmi heyət və şirkət iştirak edirdi. Sərgidə 10 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, Çexiya, İsrail və Serbiya milli pavilyonları ilə təmsil olundular. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Azərbaycan Milli Pavilyonu Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatları nümayiş etdirdi. İki il öncə Azərbaycanda keçirilən "ADEX-2014" birinci Beynəlxalq müdafiə sərgisində 168 adda müdafiə təyinatlı məmulatla təmsil olunan MSN "ADEX-2016" sərgisində 260 adda məmulat nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubu ünvanlaması və sərgidə şəxsən iştirak etməsi "ADEX-2016"-nın əhəmiyyətini daha da artırdı. Ölkə başçısı ziyarət zamanı MSN-in stendində oldu və nümayiş etdirilən məmulatlarla yaxından tanış oldu. Respublika Prezidenti hərbi-texniki əməkdaşlıq üzrə məsələlərin müzakirə edilməsi üçün nüfuzlu platforma kimi, bu sərginin əhəmiyyətli rolunu xüsusi vurğuladı. Sərgini ziyarət edənlər arasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və digər güc qrumlarının rəhbərləri də iştirak edirdilər. Sərgi çərçivəsində müdafiə sənayesi naziri Yavər Camalovun sərgiyə qatılan ölkələrdən Türkiyənin milli müdafiə naziri, Pakistanın müdafiə sənayesi federal naziri, Serbiyanın müdafiə naziri, Cibutinin müdafiə naziri, digər ölkələrin rəsmi nümayəndə heyətləri və şirkət rəhbərləri ilə ikitərəfli görüşləri oldu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparıldı. Görüş zamanı nümayəndə heyətləri tədbirin yüksək səviyyədə təşkil edildiyini, burada iqtisadiyyatın hərbi və müdafiə sahələrini təmsil edən dünyanın bir sıra tanınmış brendlərinin geniş tərkibdə təqdim edildiyini xüsusi vurğuladılar. Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin "ADEX-2016" sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi. Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının istehsal edilib Silahlı Qüvvələrin istifadəsinə verilməsinə dair memorandum imzalandı. Müdafiə Sənayesi Nazirliyinin "ADEX-2016" sərgisində nümayiş etdirdiyi məmulatlardan mina əleyhinə "İldırım" və "Qasırğa" zirehli maşınları, "AZAD Sistemlər" müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş "Gürzə" nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı. Sərginin əhəmiyyətini və sərgiyə olan marağı nəzərə alaraq tədbirin dördüncü günü "Açıq gün" oldu. Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbiçilər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri, Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında Azərbaycan Texniki Universitetində yaradılmış Xüsusi Texnika və Texnologiya Fakultəsinin tələbələri ilə yanaşı gənclər və sadə xalq nümayəndələri də var idi. Tədbirə dörd gün ərzində göstərilən böyük maraq sərginin əhəmiyyətini əks etdirdi. Sərgiyə yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraq göstərildi. Sərgidə Azərbaycan ostehsalı olan "Zərbə" pilotsuz uçuş aparatı nümayiş olundu ki, du da Ermənistan ordusunun ölüm kabusuna çevrilib. Müdafiə sənayesi naziri Yavər Camalov deyib ki, hazırda Müdafiə Nazirliyi ilə danışıqlar gedir. Yüzlərlə pilotsuz uçuş aparatı sifariş verilib. Bu günlərdə müqavilə imzalanacaq. Nazir Ermənistan ordusunun hərbi paradında "İsgəndər" raket kompleksinin nümayiş etdirilməsinə də münasibət bildirib. O qeyd edib ki, Ermənistan müstəqil dövlət olmadığı üçün onun keçirdiyi paradın da elə bir əhəmiyyəti yoxdur: "Ermənistana verilən "İsgəndər M" deyil. "İsgəndər M" 500 km məsafədə hədəfi vurur. Ermənistana verilən isə "İsgəndər E"-dir. "İsgəndər E"-nin 280 km məsafəni vurmaq imkanı var. "İsgəndər E" istismar müddətini başa vurmuş ballistik raketlərdir". Etiraf edilməlidir ki, Azərbaycan orducunun gücləndirilməsi istiqamətində tədbirlər bununla məhdudlaşmır. Dövlət büdcəsindən orduya ayrılan, eləcə də Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait ildən ilə artırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il oktyabrın 1-dək 76.825.610,95 manat, 212 min 373,88 ABŞ dolları, 4493,69 avro və 5000,0 rubl vəsait yığılıb. Məlumatda o da bildirilir ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. Yeri gəlmişkən qeyd edək ki, ölkənin hərbi quruculuğu istiqamətində görülən işlər gənclərin vətənpərvərlik hissinin yüksəlməsində mühüm rol oynayır. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, orduda fərarilik tamamilə aradan qaldırılıb. Təsadüfi deyil ki, respublikanın hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, Azərbaycanda hərbi cinayətlər və fərarilik kəskin azalıb. X. Vəliyev bildirib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2016-cı ilin birinci yarısında qeydə alınmış bütövlükdə hərbi xidmət əleyhinə cinayətlər, o cümlədən konkret olaraq tabelik qaydası əleyhinə, hərbi xidmətdən yayınma, həmçinin hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, xüsusilə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları ümumiyyətlə törədilməyib. Qeydə alınmış cinayətlərin 99,6 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq edilmiş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.
Azərbaycan ordusunun güclənməsindən qorxuya düşən Ermənistan silahlı qüvvələri təxribat məqsədilə işğal olunmuş ərazilərdə təlimləri davam etdirilər. Belə təəlimlərdən biri də Ağdam rayonu ərazisində keçilrilib. Lakin Azərbaycan işğal altında olan ərazilrində hərbi təlimlərin keçirilməsinə biganə qalmayaraq beynəlxalq tədbirlərə müraciətlər ünvanlayıb. Belə ki, bu yaxınlarda Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində növbəti hərbi təlimlərə başlaması ilə bağlı etiraz bəyanatı yayıb. ATƏT-in iştirakçı dövlətlərinə ünvanlanmış bəyanatda qeyd edilib ki, təlimlər zamanı ağır artilleriya və texnikanın açdığı atəşlər və hərəkət nəticəsində yaranan toz dumanı cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrindən aydın müşahidə olunur. Bəyanatda Ermənistanın bu təxribatçı addımı qətiyyətlə pislənilib: "Ermənistanın bu təxribatı ən yüksək siyasi səviyyədə vasitəçilik prosesinə cəlb olunmuş həmsədr ölkələrin sülh təşəbbüslərinə birbaşa təhqirdən başqa bir şey deyil. Ermənistanın bu cür davranışı sülh danışıqlarına və həmsədrlərə münasibətdə Ermənistan rəhbərliyinin səmimiliyini ciddi sual altına qoyur". Bununla əlaqədar olaraq daimi nümayəndəlik ATƏT-ə sədrlik edən Almaniyanı, Minsk qrupunun üzvlərini və həmsədr ölkələri Ermənistanın bu məsuliyyətsiz addımını birmənalı şəkildə pisləməyə və Ermənistanı son aylarda danışıqlar prosesində yaranmış dinamikaya xələl gətirəcək addımlardan çəkindirməyə çağırıb. Ekspertlər hesab edirlər ki, Azərbaycan ordusunun artan nüfuzu, üstəlik orduya xüsusi diqqət və qayğının artrılması gənclər arasında vətənpərvərlik hissinin yüksəlməsinə səbəb olub. Artıq bu fakt beynəlxalq hərbi ekspertlər tərəfindən də təsdiqlənməkdədir.