“Turizm həftəsi” başa çatdı
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sentyabrın 27-dən başlayaraq elan etdiyi “Turizm həftəsi” başa çatıb. “OLAYLAR”-ın xəbərinə görə, “Turizm həftəsi” çərçivəsində Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri 29 sentyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində və 30 sentyabr tarixində isə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində ekskursiyada olublar. Uşaqlar öncəki günlərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Milli Azərbaycan Tarixi Muzeyi ilə yaxından tanış olublar.
3 Oktyabr 2016 15:24 SosialBakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sentyabrın 27-dən başlayaraq elan etdiyi "Turizm həftəsi" başa çatıb. "OLAYLAR"-ın xəbərinə görə, "Turizm həftəsi" çərçivəsində Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri 29 sentyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində və 30 sentyabr tarixində isə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində ekskursiyada olublar. Uşaqlar öncəki günlərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və Milli Azərbaycan Tarixi Muzeyi ilə yaxından tanış olublar.
"Turizm həftəsi" çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə ekskursiyalar keçirilib.