Azərbaycan dünyaya tolerantlıq dərsi keçdi

V Bakı Beynəlxalq Humanitar Forumu vasitəsilə Azərbaycan dünyaya tolerantlıq dərsi keçdi. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev səsləndirib.

V Bakı Beynəlxalq Humanitar Forumu vasitəsilə Azərbaycan dünyaya tolerantlıq dərsi keçdi. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev səsləndirib. O, bildirib ki, dünyanın 100-ə yaxın ölkəsindən gələn 400-dən artıq nüfuzlu şəxs ölkəmizin gücünün, qüdrətinin, eyni zamanda tolerantlığın canlı şahidi oldular: 2Onlar bir daha əmin oldular ki, ikili standartın qurbanı olan ölkəmiz adekvat addımını multikultralizmlə, tolerantlıqla cavab verir. Forumda Prezident İlham Əliyevin çıxışı isə tarixi xarakter daşıyırdı. Prezident dünyanın nüfuzlu şəxslərinə müasir dünya mənzərəsini olduğu kimi, obyektiv və ustalıqla təqim etdi. Prezident nitqində "Biz fəxr edirik ki, 25 ildir müstəqil yaşayırıq. Taleyimiz öz əlimizdədir, heç kimdən asılı deyilik. Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq" deməsi əslində bu qısa zaman kəsiyində qazandığımız fantastik uğurların məcmuəsi idi. Hesab edirəm bu tip forumlar həm də vətəndaş cəmiyyəti üçün geniş imkanlar açır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31