Zabratda ağacın dibinə basdırılmış 2 tapança aşkar edilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,  02.10.2016-cı il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayon 2-ci Zabrat qəsəbəsində fərdi yaşayış evinin daş hasarının çöl tərəfindəki ağacın dibində basdırılmış 1 ədəd “Super-PP 2/94” və 1 ədəd “MP-654K” tipli 4,5 kalibrli tapança aşkar edilərək götürülmüşdür.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 
02.10.2016-cı il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayon 2-ci Zabrat qəsəbəsində fərdi yaşayış evinin daş hasarının çöl tərəfindəki ağacın dibində basdırılmış 1 ədəd "Super-PP 2/94" və 1 ədəd "MP-654K" tipli 4,5 kalibrli tapança aşkar edilərək götürülmüşdür.
Fakt üzrə Bakı şəhəri Sabunçu rayon Polis Idarəsində araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31