Gündəm
Ekoloji qanunvericiliyi pozanlarla bağlı 149 akt tərtib edilib
16-30 sentyabr tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
275 çoxmərtəbəli binaya təbii qaz verilib
“Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 275 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, həmin binalarda ümumilikdə 8434 ailə yaşayır. Bildirilib ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
Binəqədidə Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi Rayon Komitəsinin və Xəzər Universitetinin “Dünya” məktəbinin birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Soydaşlarımız Gürcüstanın ictimai-siyasi həyatında fəaldırlar
Oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkiləri böyük əhəmiyyət kəsb edir”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva seçkilərdə Gürcüstanda yaşayan azərbaycanlıların aktiv iştirak etməsini məqbul sayıb: “Azərbaycan-Gürcüstan münasibətləri əsrlər boyu dostluq, qardaşlıq, strateji əməkdaşlıq çərçivəsində olub.
İsraildə Xocalı facisəindən bəhs edən “Ağrı” romanı çap edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun Təl-Əvivdəki “Medial” nəşriyyatında “AĞRI” romanı nəşr edilib. Müəllifin “OLAYLAR”-a verdiyi xəbərə görə, israilli müəlliflər Əmir və Arye Qutun bu əsərində 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən gözəl Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur: “Romanın qəhrəmanlarından biri - Pol İsraildə yaşayır, digər qəhrəman - Röya isə gənc olmasına baxmayaraq, həyatda çox sarsıntılara sinə gəlməli olub.
Qala-Pirallahı avtomobil yolunun tikintisi başa çatır
21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin ikinci 7 km-lik hissəsinin tikintisi işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, I texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 km-lik 3 gediş,3 gəliş olmaqla 6 hərəkət zolaqlıdır.
Təhsil naziri müəllimləri təbrik edib
Təhsil naziri Mikayıl Cabbarovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı təhsil ictimaiyyətinə təbrik ünvanlayıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazir təbrik məktubunda vurğulayıb ki, ən böyük missiyası şəxsiyyət yetişdirmək olan müəllim peşəsindən cəmiyyətin hər zaman üstün gözləntisi olub.
Ermənilər 25 dəfə mövqelərimizi atəşə tutub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.
PKK polis idarəsini atəşə tutub, bir hərbçi həlak olub
PKK Türkiyənin Şanlıurfa bölgəsində polis idarəsini atəşə tutub. APA TV-nin Türkiyə saytlarına istinadən məlumatına görə, baş verən atışmada bir hərbçi ağır yaralanıb.
Səudiyyə Ərəbistanı zəvvarlara yeni qaydalar tətbiq etməyi planlaşdırır
Səudiyyə Ərəbistanında Ümrə ziyarəti üçün ölkəyə gələnlərə yeni qaydalar tətbiq etmək təklif olunub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qaydaların qüvvəyə minəcəyi təqdirdə, Ümrəyə birinci ziyarət istisna olmaqla gələn hər bir müsəlman 540 dollar ödəməlidir.
"Vaşinqtonun Suriya ilə bağlı aydın mövqeyi yoxdur"
ABŞ hökuməti Rusiya ilə əldə olunmuş razılaşmaları icra edə bilməyib, çünki Vaşinqtonun Suriyaya dair aydın, dürüst mövqeyi yoxdur.
"Sarkisyan insan orqanlarının alveri ilə məşğul olur"
Ermənistan silahlı qüvvələrinin əsgəri Artur Kazaryan 2010-cu il dekabrın 16-da Dağlıq Qarabağda, Hadrut rayonundakı 38401 saylı hərbi hissədə ölüb. Onu ölmüş vəziyyətdə Yerevandakı baş hərbi hospitala gətiriblər və anası İrina Kazaryana deyiblər ki, guya onun oğlu beynində qəfildən əmələ gələn şişdən ölüb.
Zığ və Masazırda sürüşmə aktivləşdi: Qaraçuxurda çökmələr baş verdi
"Zığ-1 sürüşmə sahəsində prosesin dinamikasında aktivlik qeydə alınıb".
Rza Zərrab üçün ÇƏTİN GÜN
Bu gün ABŞ-da həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərrab üçün çətin gün olacaq.
Klublarımızın futbolçularının transfer qiymətləri artdı
Azərbaycan Premyer Liqasında çıxış edən bəzi futbolçuların transfer qiymətində artım olub. Report xəbər verir ki, ölkə çempionatının ən bahalı futbolçusu "Qarabağ"da çıxış edən Riçard Almeydadır.














