İsraildə Xocalı facisəindən bəhs edən “Ağrı” romanı çap edilib 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun Təl-Əvivdəki “Medial” nəşriyyatında “AĞRI” romanı nəşr edilib. Müəllifin “OLAYLAR”-a verdiyi xəbərə görə, israilli müəlliflər Əmir və Arye Qutun bu əsərində 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən gözəl Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur: “Romanın qəhrəmanlarından biri - Pol İsraildə yaşayır, digər qəhrəman - Röya isə gənc olmasına baxmayaraq, həyatda çox sarsıntılara sinə gəlməli olub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun Təl-Əvivdəki "Medial" nəşriyyatında "AĞRI" romanı nəşr edilib. Müəllifin "OLAYLAR"-a verdiyi xəbərə görə, israilli müəlliflər Əmir və Arye Qutun bu əsərində 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən gözəl Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur: "Romanın qəhrəmanlarından biri - Pol İsraildə yaşayır, digər qəhrəman - Röya isə gənc olmasına baxmayaraq, həyatda çox sarsıntılara sinə gəlməli olub. O hələ uşaq ikən erməni faşist və banditləri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş amansız qırğının dəhşətlərini görüb. Bu qanlı faciədən iyirmi ildən çox keçdiyinə baxmayaraq həmin hadisələr sanki möcüzə sayəsində salamat qalmış Xocalı sakinlərindən hər birinin qəlbində sağalmaz izlər qoyub". Romanın elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyevadır. İsrailli müəlliflər Əmir və Arye Qut bədii-sənədli "AĞRI" romanında həqiqət axtarışında Azərbaycan şəhərində törədilmiş dəhşətli kütləvi qırğın barədə söhbət açıblar. "AĞRI" romanının müəllifləri bu qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərinin maskasını yırtırlar. Onlar Azərbaycan xalqının kədərini və faciəsini böyük ürəkağrısı ilə təsvir edirlər. Müəlliflər ölüm və vahimə toxumu səpən, Azərbaycan tarixinin maddi və mədəni irsini məhv etmiş, lakin Vətən oğullarını böyük missiyaya - öz əzəli torpaqlarını müdafiə etməyə ruhlandıran saf və işıqlı duyğuları məhv edə bilməmiş erməni terrorçuların mənfur niyyətləri barədə dünyaya xəbərdarlıq edirlər.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut "AĞRI" lirik-sənədli romanının ilk nüsxəsini V Bakı Beynəlxalq Humanitar Forumu zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31